Azərbaycan taekvondoçusu yeniyetmələr arasında dünya birinciliyində gümüş medal qazanıb. Bu barədə İnsanoid bu gün, 30 avqust tarixində Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yarışın ikinci günündə Şəms Əlizadə (160 sm) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
O, finalda Qazaxıstan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən döyüşün nəticəsində Ş. Əlizadə gümüş medalla kifayətlənib.
Dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.