Azərbaycan paraüzgüçüsü Roman Salei İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb. Bu barədə İnsanoid bu gün, 1 avqust tarixində məlumat verir.
O, 100 metr butterfly növündə 58.72 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.
Final yarışı bu axşam Bakı vaxtı ilə 22:25-də keçiriləcək.
Daha əvvəl Roman Salei 100 metr məsafəyə arxası üstə üzməkdə 1:00.83 nəticə ilə gümüş medal qazanaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.