Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq. Bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev deyib.
Bu barədə 29 noyabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir: "Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq".
Qeyd edək ki, müzakirələr zamanı deputatlar hərbçilərin ərzaq pulunun artırılması təklifi ilə çıxış ediblər.