Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə 29 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Toplanışda hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni Qanun layihələri barədə toplantı iştirakçılarına məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20% artırılacaq.