Azərbaycanda aviasiya sahəsində daşıyıcı yükü qəbul etdikdən sonra 3 ay ərzində onu sahibinə çatdırmazsa, yük əksi sübut edilənə qədər itirilmiş sayılacaq. Bu, "Aviasiya haqqında" yeni Qanunun layihəsində öz əksini tapıb.
Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Sənədə əsasən, itirilmiş və yaxud məhv olmuş yükün dəyəri tam ödəniləcək.