Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Milil Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8°, gündüz 10-15° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxta - 4° isti, gündüz isə 10-15° isti gözlənilir. Dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxta - 3° isti olacaq.