Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Bu haqda bu gün, 28 may tarixində İnsanoid.com məlumat verir.
Bakı və Gəncə şəhərlərinin küçələrində kütləvi tədbirlər keçirilir. Azərbaycan və Türkiyə vətəndaşları hər iki ölkənin bayraqları ilə şəhərlərin mərkəzlərində toplaşaraq Ərdoğanın qələbəsini qeyd edirlər.
Bakıda, Türkiyə səfirliyinin qarşısında, Milli Məclis və Şəhidlər xiyabanının yaxınlığında toplantılar və yürüşlər keçirilir.
[video width="480" height="272" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/05/insanoid.mp4"][/video]