Azərbaycan cüdo millisini Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Qran-pri" turnirində 9 idmançı təmsil edəcək.
Bu barədə İnsanoid bu gün, 10 avqust tarixində Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən məlumat verir.
Kişilərin yarışında Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) Azərbaycanı təmsil edəcəklər.
Qadınlar arasında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) mübarizə aparacaqlar.
“Qran-pri” avqustun 18-20-si aralığında keçiriləcək. Turnirdə 88 ölkənin cüdoçuları iştirak edəcəklər.