Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionu olub. Bu barədə İnsanoid bu gün, 24 iyul tarixində Report-a istinadən xəbər verir.
Yarış Andorrada keçirilib.
Milli komandamız "C" divizionunun final oyununda yerli komanda ilə qarşılaşıb.
Azərbaycanın U-16 komandası Andorranı 57:45 hesabı ilə məğlub edib. Beləliklə, komanda heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.
Bu, yığmanın tarixində bir ilkdir.