Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final oyununa çıxıb.
Bu barədə İnsanoid bu gün 28 iyul tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat verir.
Kosovonun paytaxtı Priştinada keçirilən həlledici görüşdə yığmamız Kipr komandası ilə qarşılaşıb.
U-16 millimiz rəqibinə 75:78 hesabı ilə məğlub olaraq, gümüş medal qazanıb.