Azərbaycanın Əməkdar cüdo məşqçisi vəfat edib. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Ölkəmizin ilk cüdo məşqçilərindən olan Viktor Kuznetsov 78 yaşında dünyasını dəyişib. Onun tələbələri SSRİ birinciliklərində, Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda müxtəlif mükafatlara layiq görülüblər.
V.Kuznetsov Rusiyada qadınlardan ibarət yığmanın baş məşqçisi, həmçinin bu ölkədə Cüdo və Sumo Federasiyasının baş katibi olaraq da çalışıb.