Azərbaycan paraüzgüçüsü Raman Salei dünya çempionatında gümüş medal qazanıb. Bu barədə İnsanoid bu gün, 1 avqust tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən məlumat verir.
İngiltərənin Mançester şəhərində keçirilən çempionatda 3 qat paralimpiya çempionu Raman Salei 100 metr arxası üstə üzmə növündə 1:00.83 nəticə göstərərək gümüş medal əldə edib.
Bununla da idmançı Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.