Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib. Bu barədə İnsanoid AFFA-nın rəsmi saytına istinadən bu gün, 16 oktyabr tarixində xəbər verir.
Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə yenilib.