Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa və dünya reytinqlərində irəliləyib. Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir.
Bunun səbəbi yığmamızın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi olub.
Azərbaycan millisi dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.