Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvanda məşqə çıxıb. Bu barədə 13 iyul tarixində İnsanoid məlumat verir.
Bununla bağlı futbolçu öz “Instagram” hesabında paylaşım edib.
Məşq İrəvan Futbol Akademiyasının stadionunda keçirilib.
Xatırladaq ki, 27 yaşlı futbolçu Albaniyanın “Eqnatiya” klubu ilə birgə Ermənistana yollanıb. Albaniya təmsilçisi Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Ararat”la qarşılaşacaq.
Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.