Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.
Bu barədə İnsanoid bu gün, 14 avqust tarixində Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir.
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, D qrupunun qarşılaşmalarında meydana çıxacaq.
Estoniyanın ev sahibliyi edəcəyi bu qrupda Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları da yer alıb.
Bu qrupda mübarizə avqustun 16-da başlayacaq.