Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatının oyunlarını idarə edəcək. Bu barədə İnsanoid bu gün, 29 avqust tarixində Federasiyaya istinadən xəbər verir.
Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, Bolqarıstanın ev sahibliyi etdiyi B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.
Qrupda meydan sahibi Bolqarıstandan başqa, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıb.
Bu qrupda mübarizə bu gün başlayacaq.