Bakıda avtomobil 5 yaşlı uşağı vurub. Bu haqda dekabrın 14-də Report məlumat yayıb.
Hadisə Nizami rayonunda qeydə alınıb. 2016-cı il təvəllüdlü U.Axundov yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
DİN-in məlumatına əsasən, 2021-ci ilin 9 ayı ərzində paytaxtda 354 yol qəzası baş verib. Nəticədə 145 nəfər vəfat edib, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.