Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var.
Bu barədə 17 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Nəsir Qasımovun idarə etdiyi "Mercedes" markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="1" link="file" size="full" ids="112815"]