Bakıda evdən 6 500 manat, 15 000 dollar pul və 3 700 manatlıq qızıl oğurlanıb. Bu barədə 17 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Nərimanov rayonu ərazisindəki evlərin birindən 6 500 manat və 15 000 dollar pul və 3 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.