Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb. Bu barədə 29 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.