Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 24 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Müxtəlif vaxtlarda Çiçək və Hökməli qəsəbələrində 2 evdən 2 600 manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində məişət əşyaları və elektrik naqili, Çiçək qəsəbəsində yerləşən bir binanın qazanxanasından 1 600 manat dəyərində mühərrik hissələri, elektrik naqili, təmir alətləri, 2 binanın zirzəmisindən 4 250 manat dəyərində 4 ədəd velosiped, 2 ədəd monitor, müşahidə kamerası, istilik sistemləri, təmir alətləri və elektrik naqili oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Şahin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.