Bakının Binəqədi rayonunda iki maşının toqquşması zamanı bir nəfər xəsarət alıb. Bu barədə 4 noyabr tarixində APA məlumat verib.
Hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, “Toyota” markalı maşının sürücüsü "Stop" nişanının tələbinə əməl etməyib.
Sürücü dördyol ayrıcından keçərkən “Mitsbushi” markalı maşına çarpılıb.
Qəza nəticəsində “Toyota”da olan sərnişin xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma aparılır.
[gallery link="file" columns="2" size="full" ids="140312,140314"]