2023-cü ildə respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub.
Bu barədə 19 dekabr tarixində Report Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verib.
Bildirilib ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.