"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinə aid şərti adı "B-04" olan stansiyanın adı ilə bağlı təkliflər verilib. Bu barədə Report 26 oktyabr tarixində xəbər verib.
Səhmdar Cəmiyyətinin Mətbuat Xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib:
"Stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Ad verilən zaman stansiyaların yerləşdiyi əraziyə və yaxud Azərbaycan üçün əhəmiyyətli olan hadisələrə uyğun ad seçilir.
Hələlik bu metro stansiyasının adı ilə bağlı dəqiq, real müzakirə olmayıb, amma bir sıra təkliflər mövcuddur".