Bakıda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə 7 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.