Bakı şəhərində, Qax və Şamaxı rayonlarında qanunsuz ət satışı və heyvan kəsimi ilə məşğul olan məntəqələr cərimələnib. Bu barədə İnsanoid bu gün, 28 iyul tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
İyulun 26 və 27-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb.
Nəticədə 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan məntəqələr barədə inzibati protokol tərtib edilib.