Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub. Bu barədə 21 oktyabr tarixində APA məlumat verib.
Bakı-Qazax yolunda, Səngəçal qəsəbəsində "Opel Astra" markalı avtomobillə "JAC" markalı kiçikhəcmli yük avtomobili toqquşub.
Hadisə nəticəsində yük avtomobili yolun hərəkət hissəsinə aşıb.
Hadisənin səbəbləri araşdırılır.
[gallery link="file" columns="2" size="full" ids="135340,135341"]