Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Avtomagistralın Siyəzən rayonundan keçən hissəsində "VAZ-2106" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 64 yaşlı Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.