Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub. Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində APA-ya istinadən məlumat verir.
Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.
Minik maşını maneəyə çarpılıb. Nəticədə bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.