Tərtərdə avtomobil kanala aşıb. İnsanoid bu haqda 5 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Bakıdan qonaq gələn 25 yaşlı Vüsal Quliyev xalası oğluna məxsus "VAZ-21015" markalı maşını sürərkən nəqliyyat vasitəsini su kanalına aşırıb. Özü isə boğularaq ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.