Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb. Bu barədə İnsanoid 9 yanvar tarixində xəbər verib.
Rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.