Bakıda intihar hadisəsi baş verib. Bu barədə Report 10 oktyabr tarixində xəbər verib.
Bakı şəhər sakini Quliyev Bəhruz Tarael oğlu yaşadığı evin həyətində quraşdırılmış dəmir konstruksiyalı asılqandan bel kəməri ilə özünü asaraq intihar edib.
İlkin araşdırma zamanı 52 yaşlı mərhumun əvvəllər işemik insult keçirdiyi, bununla əlaqədar bir sıra psixoloji gərginlik yaşadığı, son zamanlar isə həyatından narazı olduğu məlum olub.
Hazırda faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.