Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb. Bu barədə 26 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.
Araşdırma aparılır.