Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub. Bu barədə İnsanoid bu gün, 28 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yolun həmin hissəsində təmir-bərpa işləri başa çatıb.
Avqustun 26-da yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində sözügedən avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.