Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır. Bu barədə İnsanoid səhmdar cəmiyyətin mətbuat xidmətinə istinadən bu gün, 12 oktyabr tarixində xəbər verir.
Məqsəd sərnişin sıxlığını azaltmaqdır.
"Ekspres" qatarı heç bir stansiyada dayanmadan, birbaşa hərəkət edəcək.
Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 19:20-də hərəkət edəcək.