Biləsuvar sakini Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 20 oktyabr tarixində Report məlumat verib.
2008-ci il təvəllüdlü Tunar Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, o, Biləsuvarın Ağalıkənd kəndindəndir.
Faktla bağlı araşdırma aparılır.