Sabah Bakıda 27, rayonlarda 29 dərəcə isti olacaq. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 7 oktyabr tarixində məlumat verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 24-29°, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacaq.