Sabunçu rayonunda üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Nəticədə 1981-ci il təvəllüdlü Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Balakişiyev Adil Əşrəf oğlundan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3 000 manata satmaq istədiyini bildirib.
Saxlanılan şəxs barəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.