Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib. Bu barədə 17 oktyabr tarixində Baş Prokurorluq məlumat yayıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.