Zığ qəsəbəsində ev yarılıb. İnsanoid bu haqda 5 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Buradan 6 min manatlıq qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları cinayətə görə Qax rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Hafiz Qocayevi tutublar. Əlavə olaraq, ondan 405 qram marixuana da götürülüb.