Bakıda 5 ət satışı məntəqəsi barəsində inzibati protokol tərtib edilib. Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Avqustun 24-də aparılan monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Müəyyən edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
![]()