Bakıda yaşayış binasında yanğın baş verib. Bu barədə İnsanoid bu gün, 26 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə şəhərin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.