Bakıda ana uşaqları ilə birlikdə itkin düşüb. Bu barədə APA 11 oktyabr tarixində xəbər verib.
Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.
A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan arvadı - 32 yaşlı Q.Salamzadə, övladları - 19 yaşlı Ə.Salamzadə, 17 yaşlı A.Salamzadə, 15 yaşlı A.Salamzadə və 13 yaşlı S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvandan çıxıblar və geri qayıtmayaraq, itkin düşüblər.
Araşdırma aparılır.