Bakı şəhərinin Xətai rayonunda “İsuzu” markalı avtobusun yanar hissələri yanıb. Bu barədə 21 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı “Mercedes” markalı avtobusun arxa işıqları əriyib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Daxili İşlər Nazirliyi tərəfindən İnsanoid-ə verilən məlumata görə, hadisə bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb. Yanğın mühərrikdə baş vermiş qısaqapanma səbəbindən baş verib.
Avtobus yararsız hala düşüb. Ölən və xəsarət alan olmayıb.