Bakıda avtomobil körpə uşağı vurub. Bu barədə Report 9 oktyabr tarixində xəbər verib.
Paytaxtın Binəqədi rayonunda avtomobil yolu keçən 3 yaşlı Xədicə Əsgərovanı vurub.
Xəstəxanaya çatdırılan yaralıya açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.