Suraxanı rayonunda avtomobil 6 yaşlı uşağı vuraraq öldürüb.
Bakının Suraxanı rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 25 oktyabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 6 yaşlı A.Musayevi vurub. Ağır xəsarətlər alan azyaşlı ölüb.
Faktla bağlı araşdırma aparılır.