Bakıda avtomobildən oğurluq edilib. Bu barədə 2 noyabr tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Belə ki, Nizami rayon ərazisində “Toyota” markalı bir avtomobildən 1 700 manat dəyərində monitor və cərəyan bloku, şadlıq saraylarının birində isə Bakı şəhər sakini H.Məmmədovun mobil telefonu oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Orxan Vəliyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.