Bakıda avtomobildən oğurluq edilib. Bu barədə 28 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 3 300 manat dəyərində səsboğucusunun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Əfqan Dünyamalıyev və Zaur Mədətzadə saxlanılıblar, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.