Bakıda yol qəzası nəticəsində piyadanın ayağı amputasiya edilib. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid APA-ya istinadən xəbər verir.
32 yaşlı Xəyyam Məmmədov paytaxtın Nərimanov rayonunun Heydər Əliyev prospektində avtomobil yolunu keçən zaman onu “Toyota” markalı maşın vuraraq, eyni istiqamətdə olan digər “Toyota”ya sıxışdırıb. Nəticədə piyadanın hər 2 ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.